
Yaponiyanın qərb bölgəsində çərşənbə axşamı axşam saatlarında sakinlər səmada naməlum bir obyektin parlaq işıq saçaraq düşdüyünü görüblər.
Yeniavaz.com xəbər verir ki, hadisə sosial media platformalarında geniş müzakirələrə səbəb olub.
“Kyodo TV”nin məlumatına görə, Yaponiya Meteorologiya Agentliyinin Kaqoşimadakı bürosunun sözçüsü bunun meteorit olduğunu bildirib. Təxminən dörd saniyəlik hadisə zamanı “alov topu” səmada qaranlığı gündüzə çevirib.
Rəsmi qurumlar və polis hadisə ilə bağlı hər hansı xəsarət və ya ziyan barədə məlumatın daxil olmadığını açıqlayıb.