EN

ABŞ Putinin həbsinə order verən məhkəməyə sanksiya tətbiq etdi

ABŞ Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dörd hakim və prokuroruna sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, sanksiya siyahısına iki hakim və iki prokuror daxildir. Onlardan biri ABŞ-ın Əfqanıstandakı fəaliyyətlərini araşdırmaqda rol oynayıb. Digərləri isə İsrail Baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qallantın həbs qərarının verilməsində iştirak edib.

İsrail Baş naziri Netanyahu öz X səhifəsində ABŞ Dövlət katibi Marko Rubioya təşəkkür edib və bu addımı “İsrail dövlətinə və ordusuna qarşı böhtan kampaniyasına qarşı qəti addım” adlandırıb.

Chosen
26
50
axar.az

10Sources