AZ

ABŞ BCM-in dörd üzvünə qarşı sanksiya tətbiq edib

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) araşdırmaları ilə əlaqəli olan xarici şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Bakues.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio bildirib.

“Bu gün mən Kanadadan olan Kimberli Prost, Fransadan olan Nikolya Giyu, Ficidən olan Nazhat Şamim Xan və Seneqaldan olan Mame Mandiaye Nyanqa qarşı Prezident Trampın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya verilməsi haqqında 14203 saylı Sərəncamına əsasən sanksiyalar elan edirəm. Bu şəxslər Beynəlxalq Cinayət Məhkəməsinin həmin ölkələrin razılığı olmadan ABŞ və ya İsrail vətəndaşlarının təhqiqatında, həbsində, saxlanmasında və ya mühakimə olunmasında bilavasitə iştirak etmiş xarici ölkə vətəndaşlarıdır”, – bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, ABŞ BCM-in siyasiləşdirilməsinə, onun səlahiyyətlərindən sui-istifadəyə, milli suverenliyin pozulmasına və məhkəmə funksiyalarının qanunsuz genişləndirilməsinə qarşı çıxır.

Seçilən
49
50
icma.az

10Mənbələr