EN

Suriyada İŞİD başçılarının ovuna başlanıldı KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyanın şimal-qərbində beynəlxalq koalisiyanın keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD-in əsas rəhbərlərindən biri zərərsizləşdirilib.

KONKRET.az xəbər verir ki, öldürülən şəxsin İraq vətəndaşı Salah Numan olduğu açıqlanıb. O, “Əli” ləqəbi ilə tanınırdı və Suriyada İŞİD-lə bağlı bir neçə gizli qruplaşmanı idarə edirdi.

Nümayişkaranə şəkildə gizləndiyi İdlib vilayətinin Atma yaşayış məntəqəsindəki evinə hava zərbəsi endirilib. Daha sonra ərazi mühasirəyə alınıb. Qaçmağa cəhd edən terrorçu yerindəcə məhv edilib.

Əməliyyatda beynəlxalq koalisiya ilə yanaşı, həmçinin Suriya və İraq təhlükəsizlik qüvvələri də iştirak edib.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
1
konkret.az

2Sources