EN

Belarus Prezidenti: İranla hərbi əməkdaşlığa hazırıq

“Belarus İranla istənilən məsələni - ərzaq tədarükü sahəsində əməkdaşlıqdan tutmuş hərbi-texniki sahəyə qədər müzakirə etməyə hazırdır”.

 

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 20-də İran Prezidenti Məsud Pezeşkianla görüşündə bildirib.

 

“Biz istənilən məsələni müzakirə etməyə hazırıq, bizim qapalı mövzumuz yoxdur”, - Belarus lideri qeyd edib.

 

Lukaşenko Belarusun İranla bütün sahələrdə - ərzaq tədarükündən tutmuş hərbi-texniki əməkdaşlığa qədər əməkdaşlığa hazır olduğunu vurğulayıb: “Burada heç bir sirr yoxdur. Dostluğumuz heç kimə qarşı deyil, biz hər şeyi iki ölkənin xalqlarının mənafeyi üçün edirik”.

 

Chosen
63
1
senzor.az

10Sources