GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
NATO-nun baş katibi Mark Rutte 2026-cı il NATO Zirvəsinin Türkiyədə keçiriləcəyini elan edib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, alyans liderləri 7–8 iyul 2026-cı il tarixlərində Ankaradakı Beştəpə Prezident Kompleksində bir araya gələcəklər.
Baş katib ev sahibliyinə görə Türkiyəyə təşəkkür edərək bildirib:
“Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirirəm. 70 ildən artıqdır ki, güclü NATO müttəfiqi kimi Türkiyə ümumi təhlükəsizliyimizə əvəzsiz töhfələr verib. Növbəti sammitdə liderlər NATO-nu daha güclü, daha ədalətli və daha çəkindirici ittifaq etmək üçün kritik təhlükəsizlik problemlərini müzakirə edəcəklər.”
Bu qərarla Türkiyə tarixində ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək. İlk dəfə belə bir toplantı 2004-cü ildə İstanbulda təşkil olunmuşdu.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.