Ukrayna Ali Radəsinə ölkənin inzibati bölgülərində dəyişiklik nəzərdə tutan qanun layihəsi təqdim olunub. Sənədə əsasən, hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrinin Xarkov və Dnepropetrovsk vilayətlərinin tərkibinə daxil edilməsi təklif edilir.
Editor.az xəbər verir ki, bu barədə məlumatı deputat Anna Skoroxod özünün Telegram kanalında paylaşıb. Onun sözlərinə görə, belə bir addım mübahisəli ərazilərin Ukraynanın tərkibində saxlanılması üçün yeganə real imkan ola bilər.
“Hazırda bu torpaqları Ukraynanın tərkibində saxlamağın yeganə yolu onların Xarkov və Dnepropetrovsk vilayətlərinə birləşdirilməsidir”, – deyə Skoroxod qeyd edib.
//Samir Qurbanov, Editor.az