EN

Tovuzda zəhərlənən 5 nəfərdən üçü azyaşlıdır - FOTO - YENİLƏNİB

Tovuzda dönərdən zəhərlənən 5 nəfərdən 3-ü azyaşlıdır.

APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayonun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.

Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.


***
22:48

Tovuzda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, bir ailənin 5 üzvü yedikləri dönərdən zəhərlənib. Zəhərlənən şəxslər təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdiriliblər.

Tovuzda Tovuzda
Chosen
61
10
apa.az

10Sources