EN

UEFA reytinqi: Azərbaycan “Qarabağ”ın qələbəsi sayəsində Ukraynaya yaxınlaşıb

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,  bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”a qalib gəlməsi sayəsində mümkün olub.

“Köhlən atlar” ölkənin aktivinə daha 0,250 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadır.

Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Ferentsvaroş”u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.

Chosen
20
6
nocomment.az

9Sources