EN

“Arsenal” Ebereçi Eze üçün yarışa qoşuldu

“Arsenal” “Kristal Pelas”ın hücumameylli yarımmüdafiəçisi Ebereçi Eze üçün transfer mübarizəsinə qatılıb.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, “topçular” futbolçu üçün agenti ilə də danışıqlar başlayıb.

London klubu ingilis futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. Bu məbləğ Ezenin müqaviləsində çıxış haqqı kimi göstərilib.

Komandaya əlavə oyunçu cəlb etmə qərarına Kay Havertzin zədələnməsi təsir edib. Son günlər Eze ilə bağlı xəbərlərin əksəriyyəti “Tottenhem”lə bağlı olsa da, indi vəziyyət sürətlə dəyişə bilər. Futbolçu özü də “Arsenal”a keçməyə etiraz etmir.

Ötən mövsümdə Eze “qartallar”ın İngiltərə Kubokunu qazanmasında mühüm rol oynayıb. O, klub səviyyəsində 43 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Chosen
65
90deqiqe.az

1Sources