EN

“Airbus” şirkətinin işçiləri tətilə hazırlaşırlar

Böyük Britaniyada “Airbus” şirkətinin minlərlə işçisi əməkhaqqının az olmasını əsas gətirərək tətilə çıxmağı planlaşdırır.

Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, “Unite” həmkarlar ittifaqının məlumatına görə, sentyabrın 2-dən başlayaraq ay boyu davam edəcək bir sıra ikigünlük tətil aksiyaları Uelsin şimalındakı “Brouton” zavodunda və Bristol yaxınlığındakı “Filton” müəssisəsində keçiriləcək.

Şirkətin bu iki zavodunda ümumilikdə 8 min 500 nəfər çalışır. Onlardan üç mindən çoxu “Unite”yə üzvdür. Təşkilat bildirib ki, üzvlərin 90 faizi tətilin lehinə səs verib və “Airbus” rəhbərliyi əməkhaqqı təklifini yaxşılaşdırmadığı təqdirdə, aksiyalar keçiriləcək.

Qeyd edək ki, “Brouton” və “Filton” zavodlarında A320, A330 və A350 sərnişin təyyarələrinin, həmçinin A400M hərbi təyyarələrinin qanadları istehsal olunur.

Chosen
48
3
avtosfer.az

4Sources