EN

Britaniya da İsrailin işğalı genişləndirməsini pisləyib

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniya İsrailin İordan çayının Qərb sahilində məskunlaşma adı altında işğalı genişləndirməsini pisləyib.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi "X" sosial şəbəkəsində yazıb.

Nazir İsrailin İordan çayının Qərb sahili minlərlə yeni qanunsuz məskunlaşma vahidləri tikmək planlarını tənqid edib.

"Əgər həyata keçirilsə, bu, Fələstin dövlətini ikiyə bölər, beynəlxalq hüququn açıq şəkildə pozulması olar və iki dövlətli həlli kritik şəkildə zəiflədər. İsrail hökuməti bu qərarı geri çəkməlidir", - deyə o yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
azpolitika.info

3Sources