AZ

Britaniya İsrailin İordan çayının Qərb sahilində məskunlaşmanı genişləndirməsini pisləyib

Böyük Britaniya İsrailin İordan çayının Qərb sahilində məskunlaşmanı genişləndirməsini pisləyib.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi "X" sosial şəbəkəsində yazıb.

Nazir İsrailin İordan çayının Qərb sahili minlərlə yeni qanunsuz məskunlaşma vahidləri tikmək planlarını tənqid edib.

"Əgər həyata keçirilsə, bu, Fələstin dövlətini ikiyə bölər, beynəlxalq hüququn açıq şəkildə pozulması olar və iki dövlətli həlli kritik şəkildə zəiflədər. İsrail hökuməti bu qərarı geri çəkməlidir", - deyə o yazıb.

Seçilən
8
2
ikisahil.az

3Mənbələr