EN

Cinsi əlaqə ilə xərçəng arasında əlaqə: Alimlər yeni fakt aşkarladı

Çində aparılan genişmiqyaslı araşdırma qadınların ilk cinsi əlaqəyə girdiyi yaş ilə uşaqlıq boynu xərçəngi riski arasında maraqlı bir bağlılıq ortaya qoyub.

E-saglam.az xəbər verir ki, uşaqlıq boynu xərçənginin əksər halları insan papillomavirusu (HPV) ilə əlaqəli olsa da, bu dəfə alimlər erkən cinsi əlaqənin əlavə risk yarada biləcəyini müəyyənləşdiriblər.

Genetik məlumat bazasının təhlili göstərib ki, 18 yaşından əvvəl cinsi əlaqədə olan qadınlarda uşaqlıq boynu xərçənginə tutulma ehtimalı daha sonra başlayanlara nisbətən təxminən 1 faiz yüksəkdir. Risk hər erkən yaş ili üçün orta hesabla 1 faiz artaraq irəliləyə bilir.

Tədqiqat həmçinin ömür boyu cinsi partnyorların sayının risk üzərində ciddi təsir göstərmədiyini də ortaya çıxarıb.

Mütəxəssislərin xəbərdarlığı

Uşaqlıq boynu xərçəngi riskini tamamilə aradan qaldırmaq mümkün olmasa da, HPV peyvəndi, müntəzəm skrininq testləri və təhlükəsiz cinsi əlaqə önləyici tədbirlər kimi mühüm rol oynayır. Həkimlər erkən diaqnozun ömrü uzatmaq üçün həlledici olduğunu bildirir və qadınlara sağlamlıq müayinələrini təxirə salmamağı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
34
e-saglam.az

1Sources