EN

ÇL: “Fənərbağça” “Benfika” ilə ilk oyunda bacarmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Günün maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutub. İstanbulda “Fənərbağça” Portuqaliya “Benfika”sını qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Mərhələnin sürpriz komandası “Kayrat” Şotlandiya səfərində “Seltik”lə heç-heçəyə nail olub. Bu görüşdə də tablodakı sıfırlar dəyişməyıb.

“Bazel”lə “Kopenhagen” arasındakı ilk oyunda da qalib müəyyənləşməyib. İsveçrə və Danimarka təmslçiləri hərəyə 1 qolla kifayətləniblər.

Norveç təmsilçisi “Bodo Qlimt” isə ilk oyunda inamlı qələbə qazanıb. “Şturm”un qapısından 5 cavabsız top keçirən Norveç çempionu Liqa mərhələsinə vəsiqəni, demək olar ki, təmin edib.

ÇL-in pley-off mərhələsinin cavab oyunları gələn həftə keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
19 avqust

Srvena Zvezda (Serbiya) – Pafos (Kipr) 1:2
Ferentsvaroş (Macarıstan) – Qarabağ (Azərbaycan) 1:3
Reyncers (Şotlandiya) – Brügge (Belçika) 1:3

20 avqust

Bazel (İsveçrə) – Kopenhagen (Danimarka) 1:1
Bodo Qlimt (Norveç) – Şturm Qras (Avstriya) 5:0
Seltik (Şotlandiya) – Kayrat (Qazaxıstan) 0:0
Fənərbağça (Türkiyə) – Benfika (Portuqaliya) 0:0

Chosen
17
arena.az

1Sources