Ermənistanda ABŞ ilə birgə “Eagle Partner-2025” hərbi təlimləri başa çatıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Avqustun 20-də beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistanda “Eagle Partner-2025” hərbi təlimlərinin bağlanış mərasimi keçirilib. Komandanlıq səmərəli əməkdaşlığa, birgə təlimlərin uğurlu keçirilməsinə və təcrübə mübadiləsinə görə şəxsi heyətə təşəkkür edib", - Nazirlikdən bildirilib.
Qeyd edək ki, “Eagle Partner-2025” hərbi təlimləri avqustun 12-də başlayıb. Manevrlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı Quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak ediblər. Təlimlərdə tibbi evakuasiya prosedurlarına diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası yerinə yetirilib.