EN

"Dünyanın sonu deyil” - "Qarabağ"a qol vuran hücumçu

"Ferentsvaroş"un qolunun müəllifi hücumçu Barnabaş Varqa Çempionlar Liqası pley-off mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzmaları və cavab matçı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı macarıstanlı futbolçu məyus olduqlarını, amma təslim olmağı düşünmədiklərini dilə gətirib.

Varqa RTL-ə verdiyi açıqlamada belə deyib:

“Hazırda nə deyəcəyimi bilmirəm, iki top fərqi ilə məğlubiyyət bizi məyus etdi, amma təslim olmayacağıq.

İkinci matçda daha yaxşı oynamalıyıq. Məncə, ilk hissədə də rəqibdən üstün deyildik, dəyişiklik etməliyik və cavab matçında göstərməliyik ki, Çempionlar Liqasının əsas mərhələsində oynamağa layiqik.

Onların bizi təəccübləndirdiyini düşünmürəm, sadəcə orta sahədə çox özünəinamlı idilər, amma baş verənləri təhlil etməliyik.

Qarşıda daha bir oyun var və biz hər şeyi qaydasına salmağa çalışacağıq. İki top fərqi dünyanın sonu deyil”.

Chosen
12
sportinfo.az

1Sources