NATO-nun bəzi Baş Qərargah rəisləri hələ də Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələri davam etdirir.
APA xəbər verir ki, bu barədə "Reuters" Vaşinqtondakı mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Ukraynaya təhlükəsizlik zəmanətlərinin mümkün variantları üzərində hələ də məsləhətləşmələr aparılır.