Yay aylarında bədəni sərinlətmək üçün etdiyimiz bəzi vərdişlər düşündüyümüz qədər faydalı olmaya bilər. Mütəxəssislər bildirir ki, isti havada çılpaq yatmaq sağlam üsul deyil və əksinə, yuxunun keyfiyyətini aşağı sala bilər.
Biotibbi mütəxəssislərin sözlərinə görə, çılpaq yatanda bədən tərəfindən ifraz olunan tər dəridə qalır, buxarlanmır və bu səbəbdən bədən soyumur. Bunun nəticəsində gecə boyunca bədən istiliyi dəyişkən olur və yuxu fasilələrlə pozula bilər.
Bunun əvəzinə nazik, pambıq pijama geyinmək məsləhətdir. Belə paltar tərin sorulmasına kömək edir, bədəni sərin saxlayır və temperatur dəyişdikcə istiliyi tənzimləyir. Yatmazdan əvvəl ilıq duş qəbul etmək, həmçinin bilək, topuq və alın kimi bölgələrə sərin su çəkmək yuxuya getməyi asanlaşdırır.
Keyfiyyətli yuxu üçün tövsiyələr:
Nazik və pambıq materialdan hazırlanmış paltarlar geyinin.
Yatmazdan əvvəl ilıq duş qəbul edin, buzlu sudan qaçının.
Yataq otağını yaxşı havalandırın və sərin saxlayın.
Açıq rəngli paltarları seçin, tünd rənglərdən uzaq durun.
Kənan
Milli.Az