Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, liderlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər. Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun keçirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı Suriyadakı son proseslər barədə də fikir mübadiləsi aparılıb. Ərdoğan Suriyada sabitlik və təhlükəsizliyin təmin olunmasının əsas hədəf olduğunu diqqətə çatdırıb.
Ölkə başçıları həmçinin Türkiyə və Rusiya münasibətlərini, eləcə də regional, qlobal məsələləri müzakirə ediblər.