ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Milan" Leverkuzen "Bayer"i ilə hücumçu Viktor Bonifasin transferi ilə bağlı razılığa gəlib. Sport24.az "Sky Germany"iyə istinadən xəbər verir ki, İtaliya klubu nigeriyalını 2025/26 mövsümü üçün növbəti il 30 milyon avroya almaq şərti ilə icarəyə götürür.
Hazırda "Milan" futbolçunun özü ilə şəxsi müqavilə şərtlərini razılaşdırmaqla bağlı danışıq aparır.
2024/25 mövsümündə 24 yaşlı Bonifas Bayer üçün 27 matçda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.