Nabranda kotec yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Xaçmaz rayonunun,Nabran kəndində yerləşən "Caspian Sea Resort" otelinin ərazisində qeydə alınıb.
Bakı sakini Rəşid Paşayevə məxsus otelin ümumi sahəsi 500 kv.m olan 2 mərtəbəli koteci yanıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu