EN

Nikola Krstoviç “Atalanta”da!

Futbol üzrə Monteneqro milli komandasının və “Leççe”nin mərkəz hücumçusu Nikola Krstoviç İtaliya A Seriyasında klubunu dəyişib.

Arena.az xəbər verir ki, 25 yaşlı forvard bundan sonra İtaliyanın digər təmsilçisi “Atalanta”nın uğurları üçün çalışacaq.

Bu barədə Berqamo klubunun mətbuat xidməti məlumat yayıb. “Atalanta” bu transfer üçün “Leççe”yə 25 milyon avro ödəyib. Krstoviçin yeni klubu ilə imzaladığı müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb.

Nikola Krstoviç Monteneqronun “Zeta” klubunun yetirməsidir. O, Serbiyada “Srvena Zvezda”, “Qrafiçar”, Slovakiyada “Dunayska Streda” kimi klubların da şərəfini qoruyub. “Leççe”yə 2023-cü ildə 7,65 milyon avro müqabilində qoşulmuş futbolçu bu komandanın heyətində 75 oyuna 20 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Krstoviç Monteneqronun aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynadıqdan sonra 2022-ci ildə əsas millidə debüt edib. Forvard millinin heyətində 26 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
25
arena.az

1Sources