EN

Trend BİA 2025-ci ildə Avropanın dörd aparıcı media orqanından biri kimi tanınıb (FOTO)

Bakı. Trend:

Trend beynəlxalq informasiya agentliyi aparıcı qlobal xəbərlərinmonitorinqi xidməti sayılan "Feedspot" xidmətinin məlumatına görə,Avropanın ən nüfuzlu media qurumlarının reytinqində dördüncü yeritutub. Reytinq 2025-ci ilin avqustunda dərc edilib.

Trend xəbər verir ki, "2025-ci ildə Avropanın ən yaxşı 25 xəbərsaytı" illik icmalında "Feedspot" Trend-i "Euronews", "EuropeanNewsroom" və "POLITICO Europe" ilə birlikdə Avropanın ən yaxşı dördmedia orqanı sırasına daxil edib.

Reytinq tərtib olunması zamanı məzmunun aktuallığı, nəşrlərəinam səviyyəsi, abunəçilərin sayı və auditoriyanın əhatə dairəsikimi meyarlar nəzərə alınıb. Siyahı media, texnologiya və əlaqəlisahələr üzrə onlarla mütəxəssisdən ibarət qrup tərəfindən tərtibedilib.

Trend BİA-dan başqa, ilk onluğa "EU Reporter", "DW", "France 24Europe", "Euractiv", "EUobserver" və "AP News Europe" daxilolub.

Trend
Chosen
24
3
az.trend.az

4Sources