EN

Cəlilabad Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.
 
Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini bunadək Tərlan Balışov icra edirdi.
 
O.Əmənullayev isə yeni təyinatından öncə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
 
O, 1974-cu ildə Astara rayon Tüləgüvan kəndində anadan olub. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olub, 1999-cu ildə oranı həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə bitirib. 1999-2014-cü illərdə Astara RMX-də həkim-anestezioloq-reanimatoloq, 2014-cü ildən Poliklinika şöbəsinin müdiri, 2019-20-ci illərdə baş həkimin müavini vəzifəsində işləyib. 2020-ci ilin 11 mart tarixindən Astara RMX PHŞ-nin direktoru vəzifəsində çalışırdı. Ailəlidir, dörd uşağı var.
 
Chosen
47
1
moderator.az

2Sources