EN

Etilen polimerlərinin ixracı artıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-iyul aylarında ölkədən 88,4 milyon dollar dəyərində 79,2 min tondan çox ilkin formalarda etilen polimerləri ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 18,44 faiz və ya 13,77 milyon dollar, həcm baxımından isə 15,57 faiz və ya 10,67 min ton çoxdur.

Chosen
13
1
operativmedia.az

10Sources