EN

Şəhriyar Məmmədyarov yeniyetmə şahmatçılara ustad dərsi keçib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün növbəti ustad dərsi təşkil edilib.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, 8, 10, 12, 14, 16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları bu dəfə üçqat Avropa çempionu, uzun illər Azərbaycan millisinin şərəfini qoruyan Şəhriyar Məmmədyarovla görüşüblər.

Şahmata gəlişindən danışan Ş.Məmmədyarov müxtəlif partiyalar nümayiş etdirib, oyun zamanı çətin vəziyyətdən çıxmaq barədə məsləhətlər verib. 3 saatlıq ustad dərsində uşaqlara müxtəlif tapşırıqlar verilib və onların hazırladığı cavab variantları yoxlanılıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov gənclər arasında ikiqat dünya çempionudur. O, həmçinin dünya idmanı tarixində 2800 reytinq xalını toplayan 13 şahmatçıdan biridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
3
azertag.az

6Sources