EN

Hüseynin Rusiyadakı şirkəti ləğv olundu

Rusiya Federal Vergi Xidməti Azərbaycan əsilli bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib.

Bu barədə “Zvezdaç” teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, o, şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC yaradıb. Kanal iddia edir ki, şirkətin hüquqi ünvanı və məmurlar haqqında məlumatlar etibarsızdır.

Bildirilib ki, sözügedən şirkətin hesabları artıq bloklanıb.

Əlavə olaraq bloqerin kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl (təxminən 57.000 AZN) məbləğində iki iddia qaldırılıb.

Qeyd edək ki, mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə axtarışa verildiyi üçün Həsənov barəsində qiyabi həbs qərarı verilib.

Bu maddə ilə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Cebheinfo.az" 

Chosen
24
5
cebheinfo.az

6Sources