EN

20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırıldı


Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi aidiyyəti qurumlarla birgə araşdırmalara başlayıb. Bu barədə mediaya AQTA-dan məlumat verilib. Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

Agentliyin mütəxəssisləri iaşə müəssisəsində müvafiq yoxlamalara başlayıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

Mətləb

Chosen
53
28
baki-xeber.com

10Sources