Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
ONN media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub.
***
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub