EN

Bakının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Manset.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 21-də 35/6 kV-luq 80 saylı yarımstansiyada hava və kabel xətlərində, Tranformator Məntəqələri (TM), Komplekt Transformator Məntəqələrində (KTM) təmir-təftiş və gücləndirmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan 14:30-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında yerləşən yaşayış massivlərində, eləcə də "Motodrom" adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
30
35
manset.az

10Sources