EN

Gəncə Memorial Kompleksində son tamamlama işləri gedir

Gəncə Memorial Kompleksində son tamamlama işləri gedir.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Memorial Kompleksə təşkil olunan media-turda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov deyib.

Qeyd olunub ki, ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə iki mәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada Ermənistan silahlı qüvvələri tərəfindən Vətən müharibəsi dövründə mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk.

Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir."

R.Cahangirov bildirib ki, hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.

Chosen
51
1
apa.az

10Sources