İsti havalarda dönərdən istifadə sağlamlıq üçün riskli ola bilər.
Yenisabah.az bu məsələ ilə bağlı bir sıra vacib məqamları təqdim edir:
Qida təhlükəsizliyi mütəxəssislərinin sözlərinə görə, yüksək temperaturda ət məhsulları sürətlə xarab olur. Bu zaman bakteriyalar (salmonella, e.coli və s.) mikroorqanizmlər çoxalaraq qida zəhərlənməsinə səbəb olur. Dönər aparatında ətin kənarının bişmiş görünməsi insanları çaşdırsa da, daxili qatların tam bişməməsi təhlükəni artırır. pizza
Dönərdən zəhərlənmələrdə qusma, ishal, qarın ağrısı və halsızlıq əsas əlamətlərdir. Bəzi hallarda bu, yüksək hərarətlə müşayiət olunur. Tibbi yardıma vaxtında müraciət edilmədikdə, vəziyyət daha da ağırlaşa bilər.
Mütəxəssislər bildirir ki, restoran və dönərxanalar:
Əti soyuducu şəraitdə saxlamalı, axşamdan qalan məhsullardan istifadə etməməlidir; ət hər tərəfdən tam bişirilməlidir; sanitar-gigiyenik normalara ciddi riayət olunmalıdır.
Yay aylarında dönər və digər küçə qidaları seçərkən müştərilər dönərxananın təmizliyi və şəffaflığı, ətin rəngi və qoxusu, bişmə dərəcəsi, yeməyin yanında verilən sousların təravəti və s.-ə diqqət yetirməlidirlər.
Aytac Əliyeva
Telegram kanalımız