EN

İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alındı

Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.

Hafta.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Chosen
75
49
hafta.az

10Sources