EN

Azərbaycanın 4 klubunda oynamış futbolçu Omana gedib

Ötən mövsüm “Karvan"da çıxış edən Peyman Keşavarzinin yeni klubu məlum olub.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, iranlı yarımmüdafiəçi Oman təmsilçisi “Saham”a keçib.

29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Keşavarzi Azərbaycanda “Karvan"dan başqa “Sumqayıt”, “Səbail” və “Kəpəz”də də oynayıb.

İdman.biz

Chosen
34
2
idman.biz

3Sources