Ötən mövsüm “Karvan"da çıxış edən Peyman Keşavarzinin yeni klubu məlum olub.
İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, iranlı yarımmüdafiəçi Oman təmsilçisi “Saham”a keçib.
29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Keşavarzi Azərbaycanda “Karvan"dan başqa “Sumqayıt”, “Səbail” və “Kəpəz”də də oynayıb.
İdman.biz