EN

Hövsanda 31 yaşlı kişi qətlə yetirildi

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Suraxanı rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Chosen
36
16
avtosfer.az

10Sources