EN

“Sabah” ABŞ məktəbi keçmiş azərbaycanlı basketbolçunu transfer edib

Bakı, 21 avqust, AZƏRTAC

“Sabah” basketbol komandası Azərbaycan U-18 millisinin üzvü Hüseyn Qaflanovu transfer edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 17 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən NBA məktəbində peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O, eyni zamanda bir il müddətində ABŞ-ın Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.

Chosen
52
6
azertag.az

9Sources