“Sabah” basketbol klubu U-18 millimizin üzvü Hüseyn Qaflanovu heyətinə qatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla "2+1" illik müqavilə imzalanıb.
Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA school"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta