EN

Rusiya hücuma keçdi:  Ukrayna səmasını yenidən  İran dronları bürüdü 

Bu gün səhər saatlarında Rusiya ordusu Ukrayna şəhərlərinə genişmiqyaslı hava zərbələri endirib. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hücumlar zamanı 574 ədəd İran istehsalı “Shahed-136/131” pilotsuz uçuş aparatı və 40 müxtəlif tipli raketdən istifadə olunub.

Ukraynanın hava hücumundan müdafiə sistemləri 546 “Shahed” dronunu və 31 raketi məhv edə bilib. Ukraynanın Lvov və digər şəhərlərinə zərbələr nəticəsində bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Chosen
13
1
veteninfo.az

2Sources