EN

Millimizin üzvü “Sabah”da – RƏSMİ

“Sabah” basketbol klubu Azərbaycanın U-18 millisinin üzvü Hüseyn Qaflanovu heyətinə qatıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Onunla “2+1” illik müqavilə imzalanıb.

Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən “NBA school”da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.

Chosen
7
6
idmanxeber.az

9Sources