EN

Hindistan müharibəni belə maliyyələşdirir: ABŞ mühüm detalı açıqladı

Hindistan Rusiyadan neft almaqla müharibəni maliyyələşdirir və sülhü gecikdirir.

Ulusal.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Peter Navarro “Fox Business”-ə müsahibəsində deyib.

Navarro Rusiya neftini almağa davam etdiyi üçün ABŞ-la münasibətləri gərginləşən Hindistanla bağlı danışıb. Onun sözlərinə görə, Hindistanın əslində Rusiya neftinə ehtiyacı yoxdur:

“Müharibədən əvvəl məhdud olan alışlar müharibə ilə birlikdə əhəmiyyətli dərəcədə artıb. Rusiya və Hindistandakı neftayırma zavodları əməkdaşlıq edir və emal olunmuş neftin yüksək qiyməti müharibənin maliyyələşdirilməsini təmin edir”.

Navarro qeyd edib ki, Hindistanın mənfəət yönümlü yanaşması Avropa və ABŞ-ı müdafiə xərclərini artırmağa vadar edib və bu da Ukraynaya yardımın artmasına səbəb olub:

“Hindistan mümkün qədər tez Rusiya neftini almağı dayandırarsa, bu, Rusiya prezidenti Vladimir Putini son mərhələyə aparmaq yolunda böyük bir addım olacaq”.

Chosen
20
1
moderator.az

2Sources