EN

Rusiya bu dəfə Ukraynada ABŞ zavoduna hücum edib

Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava zərbəsi həyata keçirib. Raketlərdən biri ABŞ-nin elektronika istehsalı zavoduna düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa "X" hesabında yazıb.

"Raketlərdən biri ABŞ-yə məxsus böyük elektronika istehsalı zavoduna düşüb, bu da ciddi zərər və insan itkisinə səbəb olub. Bu, müdafiə və ya ordu ilə heç bir əlaqəsi olmayan tamamilə mülki obyektdir. Bu, Rusiyanın ilin əvvəlində Kiyevdəki "Boeing" ofislərinə zərbələrindən və digər hücumlarından sonra Ukraynadakı ABŞ müəssisələrinə qarşı daha bir hücumudur", - o yazıb.

Nazirin, ondan əvvəl isə Zakarpatye vilayəti dövlət və hərbi administrasiyasının rəhbəri Miroslav Biletskinin paylaşdığı foto və videolardan göründüyü kimi, söhbət "Fleks Ukrayna" (Mukaçyovo) şirkətindən gedir. Bu şirkət elektronika istehsalı və dizayn sahəsində dünya liderlərindən biri olan "Flextronics"ə məxsusdur.

Chosen
25
4
hafta.az

10Sources