AZ

Rusiya Ukraynada ABŞ zavoduna hücum edib

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava zərbəsi həyata keçirib, raketlərdən biri ABŞ-nin elektronika istehsalı zavoduna düşüb.

Bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa "X” hesabında yazıb.

"Raketlərdən biri ABŞ-yə məxsus böyük elektronika istehsalı zavoduna düşüb, bu da ciddi zərər və insan tələfatına səbəb olub. Bu, müdafiə və ya ordu ilə heç bir əlaqəsi olmayan tamamilə mülki obyektdir. Bu, Rusiyanın ilin əvvəlində Kiyevdəki "Boeing” ofislərinə zərbələrindən və digər hücumlarından sonra Ukraynadakı ABŞ müəssisələrinə qarşı daha bir hücumudur", - o yazıb.

Nazirin, ondan əvvəl isə Zakarpatye vilayəti dövlət və hərbi administrasiyasının rəhbəri Miroslav Biletskinin paylaşdığı foto və videolardan göründüyü kimi, söhbət "Fleks Ukrayna" (Mukaçevo) şirkətindən gedir. Bu şirkət elektronika istehsalı və dizayn sahəsində dünya liderlərindən biri olan "Flextronics”ə məxsusdur.
Seçilən
15
4
7news.az

10Mənbələr