Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Mən yeddinci sinifdən Qarabağ hərəkatında iştirak etmişəm. 2025-ci ilin martında parlamentin tribunasından qeyd etdim ki, Qarabağ hərəkatını davam etdirməməliyik”.
AzPost bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində deyib. O, bunu Ermənistana bu prinsip əsasında rəhbərlik edəcəyini bəyan etməsi ilə izah edib. “Əgər Ermənistan vətəndaşları bununla razı deyilsə mən vətəndaşları inqilaba səsləyirəm. Dünya tarixində ilk və yeganə baş nazirəm ki, öz ölkəsinin vətəndaşlarını inqilab etməyə çağırmışam”.
Paşinyan sözlərinə görə, fakt budur ki, vətəndaşlar inqilab etmədilər: “Çünki onlar başa düşür ki, bu yol olmasa sülh mümkün deyil. İstər praktiki, istərsə də nəzəri cəhətdən mümkün deyil”.
Onun sözlərinə görə, başqaları Qarabağ hərəkatını başqa cür qəbul edərək, onu Ermənistanın suverenliyinə, dövlətçiliyinə, müstəqilliyinə və çiçəklənməsinə müdaxilə edə biləcək əlverişli rıçaq kimi görürdülər. “Biz etiraf etməliyik ki, bu rıçaqdan səmərəli istifadə edilib. İndi sülh dövrü gəlib çatıb və Ermənistan vətəndaşları bunu məmnuniyyətlə qəbul ediblər. Bunun üçün kifayət qədər dəlil var və bunu təkzib edən heç bir fakt yoxdur“, – deyə baş nazir yekunlaşdırıb.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.