EN

Sabunçuda narkotikin təsiri altında qəza törədən sürücü həbs edildi


Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində "Kia" markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Xəlilov idarəetməni itirərək "Hyundai" markalı, 99-NV-112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Qeyd olunub ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün inzibati qaydada həbs edilib.

ZÜMRÜD

Chosen
39
23
baki-xeber.com

10Sources