EN

Gəncə Dövlət Filarmoniyasının ərazisində qanunsuz tikinti aparılırmış

Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi 91 ünvanında yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Gəncə Dövlət Filarmoniyasının Kamera zalının (Alban məbədi) mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı qeydə alınıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Heftelik.az-a verilən məlumata görə, bir müddət əvvəl abidənin ətrafı dəmir materialdan hazırlanmış hasarla əhatə olunub, görülən tədbirlər nəticəsində həmin hasar sökülüb.

Lakin ötən gün mühafizə zonasında mişar daşından yeni hasarın tikilməsinə cəhd göstərilib: “Bu gün səhər saatlarında qanunsuz tikinti sökülüb, işləri aparan şəxslərə isə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının abidələrin qorunması ilə bağlı qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Abidənin mühafizəsinin təmin olunması, onun orijinallığının və tarixi dəyərinin qorunması istiqamətində birgə tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunub”.

Chosen
19
18
heftelik.az

10Sources