EN

Firuz Qulami: Əslində Adil müəllim yaxşı məşqçidir, işi ilə bunu göstərib, sadəcə...

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Kəpəz"in veteran futbolçusu Firuz Qulaminin Sport24.a müsahibəsi

- Firuz bəy, son günlərdə sosial şəbəkələrdə çox fəalsınız. Deyəsən, Adil Şükürovun işindən narazısız?- Təbii ki, narazıyam. Yəqin ki, siz də mənim kimi "Sumqayıt"la matçı izlədiniz. Meydana çıxan futbolçulardan kimi xüsusi qeyd edə bilərsiz? Yeni transferlər ümidləri doğrultmur.- Gəlin bir qədər dəqiqləşdirək. Siz baş məşqçidən, yoxsa yeni transferlərdən narazısız?- Yeni transferləri komandaya kim gətirib? Əlbəttə ki, baş məşqçi. Deməli günah Şükürovdadır.- Sizcə, cəmi bir turdan sonra baş məşqçini istefaya göndərmək düzgün addımdır?- Adil müəllimin getməsini yalnız "Sumqayıt"la oyuna görə istəmirəm. Son 3 ayda yaşanalar, düşərgədə baş verənləri yaxından izləyib bu fikir səsləndirirəm. Komanda iyulun 31-də "Sumqayıt"la yoxlama görüşü keçirdi. Həmin oyundan sonra baş məşqçi müsahibəsində "bütün xəttlər güclənməlidir" söyləyib, yeni transferlərə ehtiyac olduğunu bildirmişdi. Ondan sonra komandaya 8-9 legioner qoşulsa da, yoxlama görüşü oynanılmadı. Niyə? Bəs sən bu yeniləri harda yoxlamaq istəyirdin? Bunun da nəticəsidir ki, mövsümün ilk görüşündə böyük hesabla məğlub olursan. Fikir bilirsiz nədir?- Nədir?- 2000-3000 minlik futbolçulara baha müqavilələr təklif edib komandaya götürmək. Yoxlama görüşləri də ona görə keçirilmədi ki, azarkeşlər səviyyəsiz legionerləri görməsin. Adil müəllim bəzi agentlərin diqtəsi ilə iş görür.- Yetərincə ciddi ittihamdır. Əlinizdə bununla bağlı hansısa fakt var?- Hamı fakt istəyir. Qardaş, biz futbol adamıyıq. Meydana çıxan futbolçunun nəyə qadir olduğunu, neçə minlik oyunçu olduğunu görürük. Niyə müqavilələri heç kimə göstərmirlər: Ortaya çıxartsınlar və mənim səhv olduğumu sübut etsinlər. Əslində Adil müəllim yaxşı məşqçidir, işi ilə bunu göstərib, sadəcə, yenə deyirən bəzi agentlərə imkan verir ki, səviyyəsiz legionerləri "Kəpəz"ə gətirsinlər.

- Deyəsən, siz də "Gəncədə ancaq gəncəlilər işləməlidir" devizini dəstəkləyənlərdənsiz... Çünki, Şükürovu istefaya səsləyib, yerinə Mahmud Qurbanovun təyin olunmasını istəyirsiz...- Xeyr, bunu mənim adıma çıxartmayın. Belə söz-söhbət stadionda çıxıb. O ki qaldı Mahmuda, niyə işləməməlir? Tərlan Əhmədov da həmçinin. Mahmud da baş məşqçi kimi çalışmalıdır. Türlan Əhmədov çətin ki, bundan sonra işləsin. Ona imkan vermirlər. Qurbanov isə "Kəpəz"in "sükanı arxasında" olmalıdır.- Sizcə, Mahmud Qurbanov gələn kimi hər şey düzələcək? Özünüz deyirsiz ki, futbolçuların keyfiyyəti aşağıdır...- Əhmədov komandanı elitada saxladı. O getdi Azər Məmmədov gəldi. Məmmədov işləyə bilmədi və Adil dəvət olundu. Şükürov Azərin dəvət etdiyi futbolçularlıa "Kəpəz"i elitada saxladı. Ancaq özü yığdığı kollektivlə etimadı dğrultmayındca Azər Bağırov gəldi və komanda yenə Premyer Liqada qaldı. Sözüm odur ki, Qurbanov da özü yığmasa da bu komanda ilə nəsə iş görə bilər. Şükürov yerli gəncləri düşərgədən yola salıb, əvəzində I Liqada çıxış edən "Mingəçevir"dən futbolçu dəvət edir. Bu nə dərəcədə ədalətli qərardır? Gəncəli gənclər niyə öz şəhərinin komandasında oynamasın?- Bəlkə məsuliyyət rəhbərlikdədir?- Baş məşqçini də komandaya rəhbərlik dəvət edir. O da söhbət zamanı deməlidir ki, mənim şərtlərim budur. Bir də "Kəpəz"də rəhbərlik var? Bir gün biri gəlir, ertəsi başqası. Hələ də bilmirik ki, indiki rəhbərlikdə kimlər təmsil olunur, onları kim təyin edib? Veteranlarla görüşmək, fikir mübadiləsi aparmaq lazımdır. Bir sözlə, "Kəpəz" yenə bərbad gündədir. Bir müddət əvvəl "Kappa" ilə müqaviləı bağladılar. Əsas komanda bu firmanın idman geyimlərindən istifadə etsə də, əvəzedici komanda köhnə "Joma"da qalıb. Belə idarəçilik olar? 

P.S. Belə. Son zamanlar "Facebook" platformasında "Kəpəz"ə dair bütün paylaşımların altında "istefa" deyən Firuz Qulami hər yerdə tribuna istəməsinə nəzər salaraq, ona tribuna verdik. Onun "2-3 minlik futbolçularla baha qiymətlə müqavilə bağlanır" ittihamının arxasında sübutun olmaması, "yanan ocağa neft tökmək" kimi qəbul edilə bilər. "Kəpəz"in startda "Sumqayıt"a böyük hesabla məğlub olması əlbəttə ki, Gəncə futbol camiəsini narahat etməyə bilməz. Ancaq 1 oyuna görə baş məşqçini istefaya səsləmək birmənalı şəkildə absurddu! Komandaya dəstək olmaq lazımdı, hörmətli "istefasevərlər", dəstək! Gedişat isə göstərir ki, "Nizami yurdu"nda hələ də sular durulmayıb və bu gedişlə həmişə belə qalacaq…

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
sport24.az

1Sources