EN

İran Azərbaycandan elektrik enerjisi alışını 15% azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İrana təqribən 14,9milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 423 minABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 2,6 milyon kVt/saat və ya 15,1%, dəyərifadəsi ilə 75 min ABŞ dolları, yaxud 15,1% azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayı ərzində İrandan Azərbaycana472 min ABŞ dolları dəyərində, 16,6 milyon kVt/saat həcmindəelektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 3 min ABŞ dolları və ya 0,6%, həcm ifadəsində isə 112min kVt/saat və ya 0,7% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandanAzərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saatelektrik enerjisi idxal edilib.

Məqalədə:
Chosen
3
5
az.trend.az

6Sources