EN

Gənc oğlanın 59 yaşlı qohumunu bıçaqlama SƏBƏBİ: "Gəlin ərinə tələb qoyub"

Biləsuvar rayonunun Nərimankənd kəndində ailədaxili münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib.

 

Babayevlər ailəsində uzun müddətdir Bakıya köçmək məsələsi müzakirə olunub. Gəlin köçməyə israr edib, qayınata isə buna qəti şəkildə qarşı çıxıb.

 

Maddi vəziyyətlə də əlaqələndirilən fikir ayrılığı mütəmadi gərginlik yaradıb. Gəlinin tez-tez ata evinə qayıtması isə münaqişəni daha da dərinləşdirib.

 

Gərginləşən mübahisə fonunda gəlinin 17 yaşlı qardaşı həmkəndlisi və qohumu, 59 yaşlı Azər Babayevi bıçaqlayıb.

 

Xəsarət alan Azər Babayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

 

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

Tarix: 21 Avqust 2025, 14:26   
Chosen
21
2
pravda.az

3Sources